ÜST-dən Təcili Çağırış: Ətirli Tütün Gəncləri Asılılığa Aparır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus tütün məmulatlarında ətirli maddələrin dərhal qadağan edilməsinə çağırıb. Bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.
Onun sözlərinə görə, belə bir qərar gəncləri yeni asılılıq dalğasından qorumaq üçün vacibdir:
“Onlar tütünə qarşı onilliklər ərzində əldə olunmuş irəliləyişi puç edə bilər. Qəti tədbirlər görülməzsə, hər il təxminən səkkiz milyon insanın ölümünə səbəb olan qlobal tütün epidemiyası davam edəcək. Bu da məhz cəlbedici ətirli qatqılar sayəsində mümkün olacaq,” – deyə Qebreyesus bildirib.
ÜST qeyd edir ki, ətirli maddələr tütünün xoşagəlməz dad və qoxusunu yumşaldaraq uşaqlar üçün onu daha cəlbedici edir. Xoş ətirlərlə maskalanmış toksinlər zərərli vərdişdən imtinanı çətinləşdirir və ciddi tənəffüs xəstəlikləri riskini artırır.
Məlumata görə, bu gün 50-dən çox ölkədə ətirli tütün məhsulları qadağandır. 40-dan çox ölkə isə elektron siqaretlərin satışını yasaqlayıb. Lakin bir çox ölkədə ətirli aksessuarların satışına hələ də nəzarət edilmir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 13:50
Hava proqnozu açıqlandı - Sabah leysan yağacaq
Cəmiyyət
Bu gün, 13:10
Almaniya bu vətəndaşları deportasiya edəcək
Cəmiyyət
Bu gün, 13:00
Brius Uillisin sağlamlıq durumu pisləşib: ailəsi hər gününü “hədiyyə” adlandırır
Cəmiyyət
Bu gün, 13:00
Azərbaycan motosikletçisi Gürcüstanda çempion olub
Cəmiyyət
Bu gün, 11:00
Qafqaz İslam Ordusunun tarixi zəfəri
Populyar Xəbərlər
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi
Tovuzda istifadəyə yararsız transformator niyə illərdir təhlükə saçır? - FOTO