İsrail-Qəzza gərginliyi: Atəşkəs razılaşması masadadır, amma…

ABŞ Prezidenti xüsusi elçisi Stiv Uitkof CNN telekanalına bildirib ki, onun əlində Qəzza sektorunda atəşkəs barədə razılaşma var və HƏMAS qrupunun bunu qəbul etməsi lazımdır.
“İsrail müvəqqəti atəşkəsə, girovlarla bağlı razılaşmaya razıdır — girovlardan yarısı sağ, yarısı isə həlak olanlar qaytarılacaq. Bu, daimi atəşkəsə nail olmaq üçün ciddi danışıqlara səbəb olacaq və mən həmin prosesi idarə edəcəyəm. Razılaşma masadadır. HƏMAS qəbul etməlidir,” — deyə Uitkof vurğulayıb.
O əlavə edib ki, HƏMAS hələ şərtlər sənədini almayıb. Bundan başqa, o, əvvəl Qərb mediasında yayılan və HƏMAS-ın 10 girovun buraxılması müqabilində 70 günlük atəşkəs razılaşmasını qəbul etdiyi xəbərlərini təkzib edib. “Mən gördüyüm heç bir halda qəbul edilə bilməz,” — deyə o bildirib və bu fikirlərin özünə aid olmadığını qeyd edib.
Bununla belə, CNN-ə danışan və danışıqların gedişatından xəbərdar olan bir Fələstin rəsmisi bildirib ki, HƏMAS Uitkofun təkliflərini qəbul edib. Amma razılaşmanın təfərrüatlarını açıqlamayıb.
Telekanal xatırladır ki, Uitkofun açıqlamaları İsrailin Qəzza sektorundakı əməliyyatını genişləndirdiyi bir vaxtda verilib. Belə ki, İsrail hərbi nümayəndəsi CNN-ə bildirib ki, İsrail iki ay ərzində anklavın 75%-ni ələ keçirməyi planlaşdırır.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Ulusum.az təqdim edir: Fuad Coğitabatı ilə düşüncə dolu söhbət - VİDEO
Trampın əlindəki göyərmə yenə diqqət çəkdi
Hövsanda 31 yaşlı kişi qətlə yetirilib
Bakıda liposaksiya qalmaqalı: Gülbadə Abdullayevadan açıqlama - VİDEO
Trampın xüsusi elçisini “gəzən fəlakət” adlandırdılar
ABŞ-da ardıcıl atışma xəbərləri – bu dəfə Vilanova Universitetində