Bu gün, 10:30 0 Dünya

Tramp Harvardın xarici tələbələrlə bağlı hüququnu ləğv etdi

Tramp Harvardın xarici tələbələrlə bağlı hüququnu ləğv etdi
ABŞ Prezidenti Donald Trampın administrasiyası Harvard Universitetinə xarici tələbələri qəbul etmək üçün verilmiş icazəni dayandırıb.

Bu barədə The New York Times (NYT) məlumat yayıb.

“Bildirirəm ki, Harvard Universitetinin xarici tələbələr və akademik mübadilə proqramı üçün lisenziyası ləğv olunub”, – deyə ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem tərəfindən universitetə göndərilən məktubda qeyd olunub.

NYT-nin mənbələri bu qərarın son aylarda Harvard Universiteti barəsində aparılan istintaqın bir hissəsi olduğunu bildiriblər.

Qeyd olunur ki, Tramp və onun administrasiyasının nümayəndələri dəfələrlə Harvard və digər nüfuzlu Amerika universitetləri ilə bağlı bəyanatlar veriblər. Rəsmi dairələrin fikrincə, universitet yəhudi tələbələrin təhlükəsizliyini, İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarına qarşı çıxan fələstinyönlü fəallardan qoruya bilmir.

Bundan əvvəl ABŞ-ın Səhiyyə və Sosial Xidmətlər Nazirliyi antisemitizm, etnik və irqi ayrı-seçkiliklə mübarizə sahəsində Harvardın kifayət qədər iş görmədiyini əsas gətirərək universitetə ayrılmış 60 milyon dollarlıq federal qrantları da ləğv etmişdi.

Eyni zamanda, Tramp administrasiyası Harvardda bəzən azlıqlara qəbul zamanı üstünlük verən qeyri-rəsmi pozitiv diskriminasiya siyasətini də sərt tənqid edib.

Ulusum.az


Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: