Bakı TASS-ı geri addım atmağa məcbur etdi
Azərbaycan Xarici İşlər Nazirliyinin sərt reaksiyasından sonra Rusiya xəbər agentliyi TASS geri addım atmağa məcbur olub.
Ulusum.az xəbər verir ki, agentlik əvvəlcə verdiyi məlumatda “Xankəndi” əvəzinə separatçıların istifadə etdiyi “Stepanakert” adından istifadə etsə də, sonradan bu ifadəni “neytral” hesab edilən “Dağlıq Qarabağ” adı ilə əvəz edib.
Rəsmi Bakı məsələ ilə bağlı TASS-a etiraz notasını təqdim edib və bir daha xatırladıb ki, azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsində iştirak etmiş bolşevik Stepan Şaumyanın şərəfinə Xankəndinin adının dəyişdirilməsi qəbuledilməzdir və təhqir kimi qiymətləndirilir.
Azərbaycan tərəfi xəbərdarlıq edib ki, belə hallar davam edəcəyi təqdirdə Rusiya şəhərlərinin tarixi adlarının, Königsberq, Orınbor, Solja-Qala, İtil və digərlərinin rəsmi istifadəsinə başlanıla bilər.
Bununla yanaşı, Bakı TASS-dan rəsmi üzr istəməyi tələb edib və əks halda agentliyin Azərbaycandakı fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləcəyini bəyan edib.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 12:00
Süd vəziləri nə vaxtdan yoxlanmalıdır?
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
Təhsil sənədləri artıq tam rəqəmsal formatda
İran lideri etirazçıların Trampı razı salmağa çalışan vandallar olduğunu deyir - VİDEO