Bakıda beynəlxalq hərbi təlim: “Sonsuz Qardaşlıq-IV” start götürür
Təyinatlı Qüvvələrinin (XTQ) iştirakı ilə Azərbaycanda keçiriləcək “Sonsuz-Qardaşlıq-IV” çoxmillətli təliminin iyunun 10-da yekun planlaşdırma konfransı təşkil edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bakıda keçirilən konfransda iştirakçı ölkələrin XTQ mənsubları təlimin gedişatını və təşkilati məsələləri müzakirə edərək müxtəlif aspektlərə dair maraq doğuran sualları cavablandırıblar. Görüş zamanı xüsusi təyinatlıların birgə əməliyyat hazırlığı və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili diqqət mərkəzində olub.
Təlimin praktiki mərhələsi üçün ətraflı planlaşdırma aparılıb və müxtəlif ssenarilər üzrə icra olunacaq tapşırıqlar müzakirə edilib. Konfransda, həmçinin hərbi əməkdaşlıq və təcrübə mübadiləsi kimi vacib məsələlərə də toxunulub.
“Sonsuz-Qardaşlıq-IV” çoxmillətli təlimi iştirakçı ölkələrin birgə əməliyyat qabiliyyətlərini artırmaq və regional təhlükəsizliyin gücləndirilməsinə töhfə vermək məqsədini daşıyır.
Qeyd edək ki, sözügedən təlim ötən il Qazaxıstanda təşkil olunmuşdur.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
Dünən, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
Dünən, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!