Çillər tamamilə yox olacaq
Çillər xüsusilə yaz aylarında, günəş şüalarının təsiri ilə yaranır. Adətən, saçları kürən və açıq rəngdə olan insanlarda daha tez-tez təsadüf edilir.
Ulusum.az xəbər verir ki, dəridə melanin ifraz edən melanosit hüceyrələri dərini yanmaqdan qoruyur. İnsan günəş şüaları altında nə qədər uzun müddət ərzində qalarsa, melanosit hüceyrələri bir o qədər melanin ifraz edər və nəticədə isə dəri daha çox qaralar. Bəzən isə bu hüceyrələr dəridə qeyri-bərabər paylanmır və lazım olduğundan daha çox ifraz olunur. Nəticədə də ləkələr yaranır. Bəzi mütəxəssislər belə ləkələrdən qurtulmağın mümkünsüzlüyünü bildirsələr də, bunun əksini deyənlər də az deyil.
Sizə çillərlə ev şəraitində mübarizə aparmağın yollarını açıqlayacağıq.
Cəfəri kökünü qaynadaraq limon suyu ilə qarışdırın. Bu su ilə üzünüzü səhər və axşam silin.
2 x.q kök suyuna 20 damcı limon suyu əlavə edilir. Gün ərzində üz dərisi 2-3 dəfə silinir. 20 dəqiqə sonra su ilə durulanır.
Çillərdən yaxa qurtarmağın bir digər yolu isə pomidordur. Üz təmizlənərək qidalandırıcı krem çəkilir. Nazik dilimlənmiş pomidor dilimləri üzə yerləşdirilir. 30 dəqiqə sonra dilimlər götürülür və üz dərisi soyuq süddə isladılmış pambıqla silinir.
1.x.q xırda doğranmış cəfəri, 1 x.q bal ilə qarışdırılaraq dəriyə çəkilir. 45 dəqiqə sonra isə iliq su ilə yuyulur.
1 ədəd limonun suyu, 1 ədəd yumurta sarısı, 2 c.q toz şəkər və 100 ml su qarışdırılır. Bu su ilə üz dərisi 2-3 dəqiqə yüngül masaj edilir. 20 dəqiqə sonra isə iliq su ilə yuyulur. Dərisi problemli olanların bu maskadan istifadə etməsi məsləhət görülmür.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 11:40
İtburnu- Niyə bu qədər vacib xəbərdarlıqdır?
Sağlamlıq
Bu gün, 11:21
İtburnunun doğru istifadəsi ilə bağlı yeni tövsiyələr — Ulusum.az xəbər verir
Mətbəx
Dünən, 16:25
LİMONLU RULET
Populyar Xəbərlər
İbrahim İlyaslı : “Könül Dəftərim” — yaddaşımızı yaşadan sənədli film VİDEO
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
İstanbulun Fatih rayonunda zəhərlənmə şübhəsi ilə baş verən ailə faciəsi ilə bağlı istintaq davam edir
Portağallı Acı Şokoladlı Trüfellər
Bir ailənin 4 üzvünün ölüm səbəbi MƏLUM OLDU
Qan xərçəngi sağalana bilən xəstəlikdir — həkim-onkoloqdan AÇIQLAMA
