Yeyilmə qaydasına FİKİR VERİN! Qəbizliyin dərmanı..

Qəbizlik geniş yayılan və haqqında çox danışılmayan bir problemdir. Bu problem çox vaxt həyat keyfiyyətini aşağı salır və insanı narahat hiss etdirir. Uzun müddət davam etdikdə isə xroniki hal ala bilər. Ona görə də qəbizliyi ən qısa müddətdə aradan qaldırmaq böyük əhəmiyyət kəsb edir.
Ulusum.az xəbər verir ki, qəbizliyə qarşı ən təsirli təbii vasitələrdən biri pırasadır.
Aralıq dənizi mətbəxinin əhəmiyyətli bir parçası olan pırasa, xüsusilə böyrəklər və həzm sistemi üçün son dərəcə faydalı bir qidadır.
Kələm, pırasa, kərəviz, ispanaq, gül kələm kimi tərəvəzlər çoxlu lif ehtiva etdikləri üçün qəbizliyin qarşısını alırlar. Ancaq artıq problem baş veribsə, bunu ən qısa zamanda aradan qaldıracaq qida məhz pırasadır.
Bu tərəvəz kalium, kalsium, dəmir və fosforla zəngindir. Bundan əlavə, tərkibində çoxlu A, B1, B2, C və E vitaminləri var. Bütün bu xüsusiyyətlərə əlavə olaraq, pırasa böyrəklərin nizamlı işləməsinə kömək edir, tərkibindəki daş əmələ gətirməyi önləyən maddələr sayəsində böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır.
Pırasa öd kisəsinin nizamlı və sağlam işləməsini təmin edir. Sidikqovucudur, döş qəfəsini yumşaldır və öskürəyi dayandırır.
O, həmçinin iştahsızlığı aradan qaldırır. Mədə xəstəlikləri, revmatizm, oynaq ağrıları, ateroskleroz, böyrək xəstəlikləri, uremiya zamanı da faydalıdır.
Pırasa şirəsi dəridəki sızanaq və ləkələri yox edir. Həmçinin sinirləri gücləndirir. Bu şirədən hemoroid zamanı da istifadə olunur.
Qeyd edək ki, pırasanın bu faydalaırndan yararlanmaq üçün onu çiy və ya çox az bişmiş halda, üzərinə zeytun yağı əlavə edərək yemək lazımdır. Şiddətli qəbizlikdən əziyyət çəkənlər üçün pırasa salatı əla həll yolu ola bilər.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:





Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 10:08
Ulusumun Mətbəxində: Gürzə Ləzzəti
Mətbəx
1-10-2025, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Cabir İmanovun ölüm anı - VİDEO
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Ulusumun Mətbəxində: Gürzə Ləzzəti