Ticarət dövriyyəsi $60 milyonu ÖTDÜ - EKSKLÜZİV
“Azərbaycan Latviya arasında siyası əlaqələr yüksək səviyyədədir. Lakin ticarət baxımdan yanaşsaq rəqəmləri çox da böyük deyil”.
Bu sözləri ULUSUM.az-a İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib:
“Ötən il Azərbaycan-Latviya arasında ticarət dövriyyəsi 60 milyon dollardan çox olub. Bu il birinci rübdə 6 milyon dolları keçib, amma düşünürük ki, real potensialı əks etdirmir. Bu baxımdan Azərbaycanda bir neçə dəfə Latviyadan gələn nümayəndə heyətləri ilə görüşmüşük. Eyni zamanda biznes forumunda da ticarət əlaqələrinin möhkəmlənməsi istiqamətində addımlar atırıq.
Belə ki, Latviyadan gələn bu bir neçə şirkət ölkəmizə təşrif buyurub, əsasən qida sektorunda, əsasən də ət və süd məhsulları üzrə fəaliyyət göstərən şirkətlərdir.
Bundan başqa, Latviyanın kənd təsərrüfatı sahəsində böyük təcrübəsi var və məhsulları da bir çox Aİ ölkələrinə ixrac olunur. Düşünürük ki, bu sahədə ticarətin idxal və ixrac qabiliyyətinin artırılmasının mümkünlüyünü nəzarə alaraq işlər görürük".
Yusif Abdullayev həmçinin bildirdi ki, Azərbaycandan kənd təsərrüfatı məhsullarının emalı və satışının həyata keçirilməsi baxımından əlverişli şərait mövcuddur.
Ağa Dadaşzadə
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 12:00
Süd vəziləri nə vaxtdan yoxlanmalıdır?
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Təhsil sənədləri artıq tam rəqəmsal formatda
İran lideri etirazçıların Trampı razı salmağa çalışan vandallar olduğunu deyir - VİDEO
Yardımlı rayonunda həkim vəfat edib
