Lökbatanda 4 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi başlanıb
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış massivindəki çoxmərtəbəli binada baş vermiş və 4 nəfərin faciəvi şəkildə həlak olduğu yanğınla bağlı cinayət işi başlanılıb.
“Ulusum.az” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məılumat yayıb.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun yaydığı məlumata görə, fakta görə Cinayət Məcəlləsinin 124.2 (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) və 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb. İbtidai istintaq Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə tapşırılıb.
Hadisə yerinə aidiyyəti dövlət qurumlarının əməkdaşları və ekspertlərin iştirakı ilə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri ilkin istintaq hərəkətləri yerinə yetirilib.
Bildirilib ki, iş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılacaq və qanunamüvafiq qərar qəbul olunacaq.
Nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
R.Daşdəmirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 20:40
Babək rayonunun bəzi ərazilərində işıq olmayacaq
Populyar Xəbərlər
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlanıb
Ağstafada su təchizatında müvəqqəti fasilə olacaq
Bakı şəhərində bəzi küçə və prospektlərdə nəqliyyat məhdudlaşdırılacaq