Qazaxda “Vətənə sevgi, təbiətə qayğı, tarixə ehtiram” devizi ilə yürüş və ağacəkmə aksiyası keçirilib
“Vətənə sevgi, təbiətə qayğı, tarixə ehtiram” adlı yürüş və ağacəkmə aksiyası keçirilib
Qazax Rayon İcra Hakimiyyəti və “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə “Vətənə sevgi, təbiətə qayğı, tarixə ehtiram” adlı yürüş və ağacəkmə aksiyası təşkil edilib.
Ulusum.az xəbər verir ki, tədbir çərçivəsində Bakı Dövlət Universitetinin Qazax filialı və Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim-tələbə heyəti, gənclər tərəfindən qoruğun “Göyəzən” filialında Göyəzən dağının ətəklərinə Eldar şamı, badam (80 ədəd) və iqlimə uyğun digər ağac növləri əkilib.
Daha sonra tədbir iştirakçıları üçrəngli Azərbaycan Bayrağı ilə Göyəzən dağının zirvəsi istiqamətinə yürüş edib, yürüşün yekununda qoruğun ekskursiyaçıları tərəfindən tələbələrə ərazidə yerləşən tarixi abidələr, burada aparılan arxeoloji qazıntılar haqqında geniş məlumatlar verilib.
Tədbirin davamı olaraq iştirakçılar qoruğun “Damcılı” filialına səfər ediblər. Burada abidələrlə bağlı videoçarx nümayiş etdirilib, “Damcılı” mağarası və ətraf ərazilərdə aparılmış elmi-arxeoloji qazıntılar barədə məlumatlar gənclərin diqqətinə çatdırılıb. Tədbir iştirakçıları müxtəlif dövrlərdə yaponiyalı və azərbaycanlı arxeoloqlar tərəfindən aparılmış qazıntılar nəticəsində aşkar olunmuş eksponatlar və qoruğa dair müxtəlif çap məhsullarının təqdim olunduğu sərgi ilə tanış olublar.
Ulusum.az R.Daşdəmirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
Bu gün, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
Bu gün, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlanıb
İran lideri etirazçıların Trampı razı salmağa çalışan vandallar olduğunu deyir - VİDEO
Yardımlı rayonunda həkim vəfat edib