"Ermənistan nümayəndələrinin Bakıda olmasına normal baxıram" - Millət vəkili
"Azərbaycanla Ermənistan arasındakı münasibətlər artıq normal qonşuluq münasibətlərinə doğru gedir.
Ermənistan 8 avqust tarixində Vaşinqtonda imzalanan üçtərəfli bəyanatda Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd edir və sülh müqaviləsi paraflanıb. Əgər Ermənistan öz konstitusiyasında Azərbaycana ərazi iddiası müddəasını çıxardarsa, qısa zamanda sülh müqaviləsi bağlana bilər. Belə bir şəraitdə artıq xalq diplomatiyasının işləməsi olduqca vacibdir".
Ulusum.az xəbər verir ki, bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə 21-22 noyabr 2025-ci il tarixlərində “Sülh Körpüsü” Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfərindən danışarkən bildirdi.
"Azərbaycan nümayəndə heyəti İrəvanda, Ermənistanın QHT-ləri isə Bakıda olublar. Tərəflər bir-biri ilə geniş müzakirələr apardılar. QHT-lər vətəndaş cəmiyyətinin nümayəndələridir. Onlar vətəndaş cəmiyyətinin əhval-ruhiyyəsini bir-birinə çatdırmalı, vətəndaş cəmiyyəti ilə işləməlidirlər", - deyə o vurğuladı.
Millət vəkili hesab edir ki, qonşu dövlətlər ancaq sülh şəraitində yaşamalıdırlar:
"Bu baxımdan Ermənistan nümayəndələrinin Bakıda olmasına normal baxıram. Münasibətlərin inkişaf etməsi istiqamətində növbəti addım olaraq hesab edirəm ki, növbəti səfərlərdə artıq cəmiyyətin müxtəlif təbəqələrinin, o cümlədən deputat qruplarının, elm xadimlərinin, qadın və gənclər təşkilatlarının nümayəndələri də qarşılıqlı səfərlər edə bilərlər.
Bu səfərlər artıq iki dövlət arasında sülh müqaviləsinin imzalanmasına doğru yeni bir cəmiyyət tərəfindən dəstək olacaq. Azərbaycan Ermənistanla yaxşı münasibətlərə hazırdır.
Ermənistan 1988-2020-ci ildə olan dövrdən özü üçün nəticə çıxartmalıdır. Bu, baş verərsə, münasibətlərimiz möhkəmlənəcək və sülhün körpüsü dayanıqlı olacaqdır".
R.Daşdəmirova

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
Bu gün, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
Bu gün, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlanıb
İran lideri etirazçıların Trampı razı salmağa çalışan vandallar olduğunu deyir - VİDEO
Yardımlı rayonunda həkim vəfat edib