İİV-ə yoluxma halları arta bilər
Birləşmiş Millətlər Təşkilatının VİİH/AIDS üzrə Birgə Proqramının (UNAIDS) baş direktoru Vinni Byanima bildirib ki, ABŞ-ın maliyyə dəstəyini dayandırması halında 2029-cu ilə qədər VİİH xəstəliyinin yayılması 6 dəfə arta bilər. “Ulusum”.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
"Bu xəstəlikdə bir sıçrayış görəcəyik. Əgər ABŞ hökuməti fikrini dəyişməzsə və liderliyini saxlamazsa, bu milyonlarla insanın həyatına başa gələ bilər", – deyə Byanima bildirib.
Onun sözlərinə görə, 2029-cu ilə qədər yeni VİİH-infeksiyasının sayı 8,7 milyona çatacaq. O, ABŞ prezidenti Donald Trampın administrasiyasından maliyyə dəstəyini qəfil dayandırmamağı xahiş etdiyini bildirib, çünki bu, Afrika ölkələrində "panikaya və çaşqınlığa" səbəb olub.
Yanvarda ABŞ-ın Dövlət katibi Marko Rubio xarici ölkələrə verilən maliyyə yardımlarının əksərini dayandırmağı əmr edib. Bu qərar, əsasən Afrikada VİİH-lə mübarizə aparan insanları müayinədən keçirmək və müalicə etmək üçün ayrılan vəsaitləri ehtiva edən ABŞ-ın "AIDS-lə Mübarizə üzrə Fövqəladə Yardım Planı"nı da əhatə edib. Son illərdə bu proqram ildə təxminən 5 milyard dollar alırdı.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 13:16
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib FOTO , VİDEO
Cəmiyyət
Bu gün, 12:38
Yanvarın 27-də Qar yağacaq
Cəmiyyət
Bu gün, 11:30
Gəncə şəhərində bu vəzifəyə ciddi ehtiyac var
Sağlamlıq
Bu gün, 09:06
Parasetamol bu hissi zəiflədir
Cəmiyyət
Bu gün, 06:00
O, Aygünü belə təbrik etdi
Cəmiyyət
Bu gün, 00:45
Uzak Şehirden Veliaht dizisine transfer!
Populyar Xəbərlər
Yunus Əmrə İnstitutunda “Söz Körpüsü” adlı ədəbi proqram keçirilib FOTO , VİDEO
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Qənnadçı tort bişirəndirmi?
Gəncə şəhərində bu vəzifəyə ciddi ehtiyac var
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!
Tanıyaq: Qazaxlı Məmmədəli – SSRİ çempionu pəhləvanın həyat yolu