ABŞ Senatından Ukraynaya 54,6 milyard dollarlıq YARDIM TƏKLİFİ
ABŞ Senatına Ukraynaya iki il ərzində 54,6 milyard dollar (təxminən 4,4 trilyon rubl) yardım ayrılması ilə bağlı qanun layihəsi təqdim edilib. Bu barədə The New York Times məlumat yayıb.
Təşəbbüsün müəllifləri ABŞ Senatının beynəlxalq münasibətlər komitəsinin üzvü, Nyu-Hempşir ştatından demokrat senator Cin Şahin və Alyaskadan respublikaçı senator Liza Murkovskidir.
Qanun layihəsinə əsasən, vəsaitin bir hissəsi birbaşa hərbi yardım, digər hissəsi isə ABŞ-ın ehtiyatlarının bərpası üçün nəzərdə tutulur. Müəlliflər yardımların üçdə birinin dondurulmuş Rusiya aktivlərinin gəlirlərindən və Avropadakı müttəfiqlərə silah satışından maliyyələşdirilməsini təklif edirlər.
Yardım paketinin əhəmiyyətli hissəsi Ukraynaya verilmiş köhnə sistemlərin əvəzində yeni silahların alınmasına sərf olunacaq. Bundan əlavə, qanun layihəsi ABŞ prezidentinə Konqresin razılığı olmadan, birtərəfli qaydada Kiyevə silah göndərmək səlahiyyətini genişləndirir.
Senator Murkovskinin sözlərinə görə, bu qanun layihəsi Ukraynanın döyüş əməliyyatlarını davam etdirməsinə zəmanət vermək məqsədi daşıyır.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 12:00
Süd vəziləri nə vaxtdan yoxlanmalıdır?
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
Təhsil sənədləri artıq tam rəqəmsal formatda
İran lideri etirazçıların Trampı razı salmağa çalışan vandallar olduğunu deyir - VİDEO