Zelenskidən Trampa jest: Vaşinqtondakı səfiri geri çağırır?
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampa Vaşinqtondakı səfir Oksana Markarovanı geri çağıracağını vəd edib. Bu barədə Financial Times qəzeti məlumat yayıb.
Məlumata görə, Markarova ABŞ-da Demokrat Partiyasına yaxın şəxs kimi tanınır və respublikaçılar tərəfindən tənqid olunurdu. Onun geri çağırılması, ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırdığı bir dövrdə Zelenskinin Trampı razı salmaq cəhdi kimi qiymətləndirilir.
Yüksək vəzifəli ukraynalı məmurun sözlərinə görə, Zelenski Vaşinqtona həm Ağ Ev, həm də Konqres üçün daha uyğun, danışıqları bacaran yeni bir səfir göndərməyi planlaşdırır.
7 iyulda Bloomberg yazmışdı ki, mümkün səfir namizədləri arasında baş nazir Denis Şmıqal, vitse-premyer Olqa Stefanışina, müdafiə naziri Rustem Umerov və energetika naziri German Qaluşenko var.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
Bu gün, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
Bu gün, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Siyəzəndə odlu silah və narkotik vasitələr aşkarlanıb
İran lideri etirazçıların Trampı razı salmağa çalışan vandallar olduğunu deyir - VİDEO
Yardımlı rayonunda həkim vəfat edib