Ticarət savaşının kölgəsi: Aİ ABŞ mallarına 116 milyardlıq rüsum tətbiq edə bilər
Avropa İttifaqı ABŞ mallarına 116 milyard avroya qədər gömrük rüsumları tətbiq edə bilər – əgər Vaşinqton güzəştə getməzsə
Bloomberg-in məlumatına görə, Avropa İttifaqı (Aİ), ABŞ-la gömrük rüsumlarının azaldılması barədə qarşılıqlı razılaşma əldə olunmasa, illik ümumi dəyəri 116 milyard avroya çatan ABŞ məhsullarına yüksək rüsumlar tətbiq etməyi nəzərdən keçirir.
İttifaq artıq iki ssenariyə uyğun rüsum paketləri hazırlayıb:
🔹 Birinci "minimal" paket – 21 milyard avroluq Amerika məhsullarını əhatə edir (soya, kənd təsərrüfatı malları, motosikletlər). Bu rüsumlar, ABŞ Avropa istehsalı olan polad, alüminium və avtomobillərə qoyduğu 10%-lik tariflərdən imtina etməsə, qüvvəyə minə bilər.
🔹 İkinci, genişləndirilmiş paket – əlavə 95 milyard avroluq məhsulu əhatə edir. Bu zaman Boeing təyyarələri, avtomobillər və burbon kimi əsas Amerika ixracat kateqoriyaları hədəf alınacaq. Bu plan yalnız ABŞ bütün Avropa ixracına tarif tətbiq edəcəyi təqdirdə həyata keçiriləcək.
Əgər 1 avqusta qədər razılıq əldə olunmasa, ABŞ-ın Avropa məhsullarına tətbiq edəcəyi gömrük rüsumları 50%-ə çata bilər.
Qeyd edək ki, bir gün öncə Ağ Evin mətbuat katibi Kerolin Levit ABŞ Prezidenti Donald Trampın 12 ölkəyə rüsumlarla bağlı xəbərdarlıq məktubu göndərəcəyini bildirmişdi.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 16:30
CRISPY CHICKEN BREAD
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?