Peruda 3500 illik qədim şəhər aşkarlandı
Arxeoloqlar Perunun şimalındakı Barranka əyalətində yerləşən Peñico adlı 3500 illik qədim şəhəri aşkar ediblər. Bu şəhərin, Sakit okean sahili icmalarını And dağları və Amazon hövzəsində yaşayanlarla birləşdirən əsas ticarət mərkəzi kimi xidmət etdiyi güman edilir.
Peñico, eramızdan əvvəl 1800-1500-cü illər arasında qurulmuş və dəniz səviyyəsindən təxminən 600 metr hündürlükdə yerləşir. Şəhərin mərkəzindəki dağlıq terrasda daş və palçıq tikililərin qalıqları ilə əhatə olunmuş dairəvi quruluş aşkar edilib.
Ərazidə səkkiz illik tədqiqatlar zamanı 18 tikili, o cümlədən mərasim məbədləri və yaşayış kompleksləri tapılıb. Binalarda mərasim əşyaları, insan və heyvan fiqurlarının gildən heykəlləri, muncuq və dəniz qabıqlarından hazırlanmış boyunbağılar aşkar edilib.
Peñico, Perunun Supe vadisində yerləşən və təxminən 5000 il əvvəl qurulmuş Caral sivilizasiyasının yaxınlığında yerləşir. Caral, Amerikada məlum olan ən qədim sivilizasiya kimi tanınır və 32 monumental struktura malikdir.
Tədqiqatçılar, Peñico şəhərinin Caral sivilizasiyasının iqlim dəyişikliyi ilə məhv edilməsindən sonra yaranmış və onun davamı olduğunu düşünürlər.
Qeyd: Caral-Supe sivilizasiyası eramızdan əvvəl 3500-1800-cü illər arasında Fortaleza, Pativilca və Supe çayları boyunca inkişaf edərək, Amerikanın ilk şəhər mədəniyyəti və ən qədim sivilizasiyası kimi tanınıb.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 16:30
CRISPY CHICKEN BREAD
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?