Musk Trampdan uzaqlaşdı: 2,5 trilyonluq büdcə böhranı və istefa qərarı

Amerikalı iş adamı və milyarder Elon Musk, sosial şəbəkə X-də ABŞ prezidenti Donald Trump tərəfindən təklif olunan “Vahid, böyük, gözəl” adlı qanun layihəsini sərt tənqid edib. Bu layihə federal xərclərin azaldılmasını nəzərdə tutur.
Musk bu qanun layihəsini “iyrənc bir rəzillik” adlandırıb.
O, sənədi dəstəkləyən ABŞ Konqresi üzvlərini də tənqid edərək belə yazıb:
“Bu sənədə səs verənlər utanmalıdır. Bilirsiniz ki, səhv etdiniz. Bunu çox gözəl bilirsiniz.”
Milyarder əlavə edib ki, bu qanun layihəsinə əsasən, ABŞ-ın büdcə kəsiri 2,5 trilyon dollaradək artacaq və ölkə vətəndaşları “dözülməz borc yükü” ilə üzləşəcəklər.
Trump-ın sözlərinə görə, bu sənədin əsas mətnində minlərlə səhifə və onlarla əlavə düzəliş var. Qanun layihəsinə 2017-ci ilin vergi güzəştlərinin uzadılması, çay pulu və artıq iş saatlarına tətbiq edilən vergilərin ləğvi, dövlət borcunun yuxarı həddinin 4 trilyon dollara qaldırılması, habelə avtomobil kreditləri və digər istehlak kreditləri üçün yeni vergi güzəştləri daxildir.
May ayının sonunda bəlli olub ki, Musk Trump administrasiyasındakı fəaliyyətini bitirib və Dövlət İdarəçiliyinin Effektivliyinin Artırılması Departamentinin (DOGE) rəhbəri postunu tərk edir. Bu qərar Ağ Evdə büdcə siyasəti ilə bağlı fikir ayrılıqları fonunda verilib.
Musk ABŞ prezidentinə “lazımsız xərcləri azaltmaq imkanı yaratdığı” üçün təşəkkür edib və DOGE-nin fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib. Teslanın qurucusu artıq diqqətini dövlət xidmətində olduğu müddətdə zərər görən bizneslərinə yönəldəcək.
Ulusum.az

Oxşar xəbərlər:

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!
Cabir İmanovun ölüm anı - VİDEO