Sudanda Müvəqqəti Hökumət Buraxıldı – Yeni Kabinet Yolda
Sudanın Baş naziri Kamal İdris müvəqqəti hökuməti buraxdı. Bu barədə Sudan Dövlət İnformasiya Agentliyi (SUNA) məlumat yayıb.
"Müvəqqəti hökumətin başçısı Kamal İdris nazirlər kabinetinin buraxılması barədə qərarını hökumət üzvlərinə çatdırıb və yeni hökumət formalaşana qədər vəzifələri müvəqqəti olaraq nazir müavinlərinə və baş katiblərə həvalə edib", – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, 20 may tarixində Sudan Silahlı Qüvvələri paytaxt Xartum əyalətinin Sürətli Reaksiya Qüvvələrinin (SRQ) silahlılarından tam azad edildiyini açıqlayıb.
2023-cü ilin aprelindən etibarən Sudanda ordu ilə SRQ arasında qarşıdurmalar davam edir. Qüvvələrə Məhəmməd Həmdan Dağlo rəhbərlik edir. Beynəlxalq Qırmızı Xaç Komitəsi xəbərdarlıq etmişdi ki, uzunmüddətli münaqişə ölkədə xəstəliklərin yayılmasına və səhiyyə sisteminin tam çökməsinə səbəb ola bilər. Sudanın Rusiyadakı səfiri Məhəmməd Sirac isə yanvarda ümid etdiyini bildirmişdi ki, qarşıdurma 2025-ci ilə qədər həllini tapacaq.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 13:30
Ağadadaş Dadaşov - Atasını tanıyırdım, amma ailəsinin çörəksiz qaldığını bilmirdim
Cəmiyyət
Dünən, 20:30
Misir Mərdanovun aylıq gəliri 5 min manatı keçir
Cəmiyyət
Dünən, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
31-12-2025, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Populyar Xəbərlər
Şouya deyil, ədalətə ehtiyac var
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
2026 — Qürur, Birlik və Zəfər İli
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər