İlon Mask Pentaqonda – ABŞ ordusu süni intellekt və raket qalxanı planlarını açıqlayır
ABŞ Müdafiə naziri Pit Hegset 21 may tarixində Pentaqonda milyarder İlon Maskla görüşüb. Bu barədə Reuters rəsmi mənbələrə istinadən məlumat yayıb.
Maskın ABŞ Müdafiə Nazirliyi ilə bir neçə müqaviləsi mövcuddur. Onun qurucusu olduğu SpaceX şirkəti ABŞ ordusu ilə Ukraynada Starlink peyk terminallarının yerləşdirilməsi üzrə müqavilə imzalayıb. Bildirilir ki, Maskın şirkəti yaxın gələcəkdə “Golden Dome” adlı raketdən müdafiə qalxanının yaradılması üzrə iri müqavilə də əldə edə bilər.
Pentaqonun rəsmi nümayəndəsi Şon Parnell bildirib:
“Bu gün səhər nazir İlon Mask və X AI komandası ilə görüş keçirdi.”
O əlavə edib ki, ABŞ Müdafiə Nazirliyi süni intellekt sistemlərinin yaradılması ilə məşğul olan şirkət rəhbərləri ilə əməkdaşlıq etmək niyyətindədir. Məqsəd – ABŞ ordusunun XXI əsrin təhdidlərinə qarşı hazırlıqlı olmasını təmin etməkdir.
Qeyd edək ki, Axios apreldə xəbər vermişdi: Hegset Mask üçün Çinlə bağlı planlaşdırılan məxfi brifinqin sızdırılması ilə əlaqədar olaraq, Pentaqonda iki yüksək vəzifəli şəxsi vəzifəsindən uzaqlaşdırıb.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
16-01-2026, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
16-01-2026, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
16-01-2026, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
Gündəm
16-01-2026, 15:00
Siyəzəndə azyaşlıya qarşı əmələ görə dayı məsuliyyətə cəlb olundu