Dodik Trampa nə təklif edir?
Bosniya və Herseqovinanın tərkibindəki Serbiya Respublikasının prezidenti Milorad Dodik ABŞ-ın sabiq prezidenti Donald Trampa strateji minerallar üzrə təklif irəli sürüb. O, Serbiya Respublikasının Radio və Televiziyasına verdiyi müsahibədə bildirib ki, Vaşinqtona bu mühüm mineralların hasilatına çıxış imkanı verməyə hazırdır – əvəzində siyasi muxtariyyətinə dəstək istəyir.
“Amerikanın mühüm faydalı qazıntıların təchizat zəncirinin təhlükəsizliyini və diversifikasiyasını təmin etmək səylərini dəstəkləməyə hazırıq. Bizə azadlıq verin, artıq mövcud olan suverenliyimizi tanıyın, Dayton razılaşmasını və siyasi muxtariyyətimizi təsdiqləyin – və biz tərəfdaş olarıq”, – deyə Dodik bildirib.
O, qeyd edib ki, regionda litium, bor, stronsium, natrium və kalium kimi strateji mineralların böyük ehtiyatları mövcuddur. Onun sözlərinə görə, litium və bor yataqları təkcə Avropada deyil, dünyada da ən perspektivlilər sırasındadır.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
16-01-2026, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
16-01-2026, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
16-01-2026, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
Gündəm
16-01-2026, 15:00
Siyəzəndə azyaşlıya qarşı əmələ görə dayı məsuliyyətə cəlb olundu