Jill Baydenə qarşı ittiham çağırışı: “Yaşlı insana qarşı zorakılıq”
ABŞ Ədliyyə Nazirliyinin yüksək vəzifəli əməkdaşı Leo Tarrell keçmiş prezident Co Baydenin həyat yoldaşı Jill Baydenin yaşlı insana qarşı zorakılığa görə cinayət məsuliyyətinə cəlb olunmasını təklif edib. Bu barədə o, 19 may tarixində X sosial şəbəkəsində paylaşım edib.
Tarrell bildirib ki, Jill Bayden ərinin səhhətindəki problemləri bildiyi halda onun ABŞ prezidentliyinə namizədliyini irəli sürməsində israr etməsi, ona qarşı zorakılıq kimi qiymətləndirilməlidir. Xatırladaq ki, 18 mayda Co Baydendə prostat vəzi xərçəngi aşkarlanıb.
“Yaşlı insana qarşı zorakılıq! Cinayət işi açılsın?” — deyə Tarrell yazıb.
O, həmçinin səhifəsində sosial media istifadəçilərinin paylaşdığı müxtəlif paylaşımları yayımlayıb. Onlardan birində qeyd olunub ki, “tibb komandası bu xəstəliyi illər əvvəl aşkar etməli idi” və Jill Baydenin ərinin diaqnozunu görməməzliyə vurması “rüsvayçılıq” adlandırılıb.
Bidenin ağır xəstəliyi barədə 18 mayda “The New York Times” qəzeti keçmiş prezidentin nümayəndəsinə istinadən məlumat yayıb. Bildirilib ki, 16 mayda Baydendə aqressiv, lakin müalicə edilə bilən prostat vəzi xərçəngi aşkarlanıb.
Qeyd edək ki, 82 yaşlı Bayden ABŞ tarixində vəzifədən gedərkən ən yaşlı prezident olub. 2024-cü ilin iyulunda isə o, sağlamlıq problemlərinə dair iradələr səbəbindən prezidentlik yarışından geri çəkilib.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 13:00
Şirniyyata olan həvəsi azaldan QİDALAR
Sağlamlıq
Dünən, 10:00
Aç olduğumuzda niyə daha əsəbi oluruq?
Populyar Xəbərlər
Xaçmazda “Şanlı Zəfər Tariximiz” adlı anım tədbiri keçirilib
Erzurumda Asayiş Tədbirləri Gücləndirildi: Polis Rəhbərliyi Gecə-Gündüz Sahədə
Söz yox, niyyət və düşüncə təsir edir
Daşkənd Beynəlxalq Turizm Sərgisində robot rəqs etdi
Hər Gün Bir Az Daha Yaxşı Ola Bilərik
Ege İSPİRDER İzmirdə Rəsmi Açılışını Etdi