Atəşkəs daimi sülhə aparacaqmı? Ərdoğan ümidlidir
Rusiya tərəfindən Qələbə Gününün ildönümü münasibətilə elan edilən atəşkəs Ukraynada daimi sülhə aparan yol ola bilər.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Onun sözlərinə görə, Ankara hər zaman Moskva və Kiyev arasında ədalətli və davamlı sülh yolu ilə münaqişənin həllinə ümid edib. Bu barədə TRT Haber məlumat yayıb.
Ümid edirik ki, bu müvəqqəti atəşkəs genişlənəcək və daimi sülhün qapılarını açacaq. Biz əvvəldən demişik ki, Rusiya ilə Ukrayna arasındakı müharibə yalnız ədalətli və davamlı sülh yolu ilə başa çata bilər və bu ümidimizi heç vaxt itirməmişik. Münaqişə nə qədər gərginləşsə də, tərəfləri danışıqlar masasına gətirmiş, sülh üçün təşəbbüslər irəli sürmüşük, – deyə Türkiyə lideri qeyd edib.
Ərdoğanın sözlərinə görə, Rusiya və Ukrayna hakimiyyətləri səmimi şəkildə problemi həll etmək istəməli və heç kimə sülh prosesini pozmağa imkan verməməlidirlər. O vurğulayıb ki, bu məsələ yalnız iki ölkə üçün deyil, qlobal təhlükəsizlik baxımından da son dərəcə əhəmiyyətlidir.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
16-01-2026, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
16-01-2026, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
16-01-2026, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
Gündəm
16-01-2026, 15:00
Siyəzəndə azyaşlıya qarşı əmələ görə dayı məsuliyyətə cəlb olundu