Azərbaycanlı boksçulardan beynəlxalq turnirdə tarixi uğur!
İdman arenalarından sevindirici xəbər var: Azərbaycanın iki boksçusu beynəlxalq turnirdə qızıl medal qazanıb.
Azərbaycan boksçularından beynəlxalq turnirdə möhtəşəm nəticə!
Azərbaycan milli komandası idmansevərlərə daha bir qürurverici xəbər yaşadıb. Beynəlxalq səviyyəli turnirdə iki boksçumuz qızıl medala layiq görülüb.
Ulusum.az xəbər verir ki, Qardaş Rəhimov final mərhələsində Özbəkistan təmsilçisi Utkirbek Narkasimova qarşı keçirdiyi döyüşdə üstün olaraq çempionluq titulu qazanıb. Güclü rəqibə qarşı inamlı çıxışı ilə yadda qalan idmançımız turniri qızıl medalla başa vurub.
Digər sevindirici xəbər isə qadın boksçumuzdan gəlib. Nərminə Əliyeva 48 kq çəki dərəcəsində Tacikistan idmançısı Azamjon Hasanovaya qalib gələrək qızıl medala sahib olub. Bu nəticə ilə o, IMAF yarışında qızıl medal qazanan ilk azərbaycanlı qadın boksçu kimi tarixə düşüb.
Azərbaycan boksunun inkişafında önəmli mərhələlərdən biri olan bu uğurlar, həm idmançılarımızın zəhmətinin, həm də ölkəmizdə idmana verilən önəmin bariz göstəricisidir.
Təbriklər, çempionlar!
R.Daşdəmirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 14:01
Gizli Aclıq Nədir?
Mətbəx
Dünən, 12:12
Künefe Sevənlər Üçün Fərqli Resept
Populyar Xəbərlər
Müasir Sistem Yorğun İnsan Modelini Gücləndirir: Cəmiyyət Susur, Düzən Güclənir
Daşkənd Beynəlxalq Turizm Sərgisində robot rəqs etdi
Söz yox, niyyət və düşüncə təsir edir
Humus Resepti – Evdə Asan Hazırlanan Sağlam Noxud Əzməsi - VİDEO
Ərzurumun bir qüruru daha…
Honkonqun Tay Po rayonunda yanğın VİDEO
