Misir Qəzza köçkünləri üçün ən böyük düşərgənin tikintisinə başlayıb
Misir Qəzza zolağının şimalından olan köçkünlər üçün ən böyük düşərgənin tikintisinə başlayıb.
Ulusum.az “əl-Arabiyyə” telekanalına istinadla xəbər verir ki, onlarla buldozer Nusayrat məntəqəsində, Bureyc düşərgəsi yaxınlığında müvəqqəti düşərgələrin və sığınacaqların qurulması, dağıntıların aradan qaldırılması və yolların təmizlənməsi işlərinə cəlb edilib. Hazırda Misir inşa etdirdiyi digər köçkün düşərgələrini də qəzzalılara təhvil verməyə hazırlaşır.
Bildirilir ki, HƏMAS və İsrail nümayəndə heyətləri arasında danışıqlar oktyabrın 6-da Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək. Danışıqlarda iştirak etmək üçün tərəflərin nümayəndə heyətləri, eləcə də ABŞ Prezidentinin elçiləri Cared Kuşner və Stiv Vitkof Misirə gəlib.
Tərəflər israilli girovların fələstinli əsirlərlə dəyişdirilməsi üçün uyğun şəraitin yaradılması, azad olunacaq məhbusların ilkin siyahılarının hazırlanması və dəyişmə prosesinin texniki detalları barədə razılıq əldə etməyə çalışacaqlar.
Eyni zamanda, danışıqlarda müharibənin sona çatdırılması, daimi sülhün təmin olunması və İsrailin Qəzzadakı yaşayış məntəqələrindən geri çəkilməsi müzakirə olunacaq.
R.Daşdəmirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 14:01
Gizli Aclıq Nədir?
Mətbəx
Dünən, 12:12
Künefe Sevənlər Üçün Fərqli Resept
