Daşkəsəndə kişi ördəklərin sayını azaltması üzündən arvadını döyməklə ittiham olunub
Məhkəmə prosesində zərərçəkən şikayətdən imtina edib, cinayət işi xitam verilib
Daşkəsən rayonunun kəndlərindən birində 36 yaşlı Ziya Abdullayev saxladığı ördəklərin sayının azalması səbəbindən arvadı Səmayə Abdullayevanı odun parçası ilə döyərək ona xəsarət yetirib.
Ulusum.az xəbər verir ki, Ziya barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi əsas götürülərək cinayət işi açılıb. Zərərçəkən qadın istintaq zamanı cinayətkarla barışdığını və şikayətdən imtina etdiyini bildirib.
Daşkəsən rayon Məhkəməsində hakim Kənan Vəliyevin sədrliyi ilə keçirilən proses nəticəsində cinayət işi xitamlandırılıb və Ziya Abdullayev məsuliyyətdən azad edilib.
R.D
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 14:01
Gizli Aclıq Nədir?
Mətbəx
Dünən, 12:12
Künefe Sevənlər Üçün Fərqli Resept
