Gəncədə sahibsiz itlər kütləvi şəkildə toplanıb -VİDEO
Gəncədə küçə itlərinin əksəriyyəti yoxa çıxıb Heyvansevərlər narahatdır
Gəncə sakinləri sahibsiz itlərin qəfil yoxa çıxmasından narahatdır. Bildirilir ki, tibbi prosedurlardan keçmiş və birkası olan heyvanlar da torlarla toplanaraq naməlum istiqamətə aparılır.
Ulusum.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, qulağında birkası olan, tibbi prosedurlardan keçmiş itlərin də götürüldüyü qeyd olunur.
İddialara görə, itlər sıx və qeyri-insani şəraitdə daşınır, bəziləri isə yolda tələf olur. Şəhərdə fəaliyyət göstərən "Yuva" sığınacağı artıq mövcud deyil.
İşçilər heyvanların Qaradağa aparıldığını desələr də, bu məlumat şübhə doğurub. Şəxsi iti götürülən bir sakin görüntülü rabitə zamanı itlərin ac-susuz, dar qəfəslərdə saxlanıldığını müşahidə edib.
R.D
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 14:01
Gizli Aclıq Nədir?
Mətbəx
Dünən, 12:12
Künefe Sevənlər Üçün Fərqli Resept
