Ramiz Quliyev reanimasiyaya yerləşdirilib
Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Onun müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Xalq artisti Ramiz Quliyev səhhətində yaranan ciddi problemlər səbəbindən Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.
Onun müalicəsini Heydər Əliyev Fondu üzərinə götürüb. Əməkdar artist Əyyub Quliyev bildirib ki, bir neçə gün öncə kreatinin səviyyəsi kritik həddə yüksəlib və Ramiz müəllim təcili xəstəxanaya yerləşdirilib.
Heydər Əliyev Fondunun dəstəyi sayəsində müalicə prosesi yüksək səviyyədə aparılır. Ramiz müəllimin vəziyyəti yaxşıya doğru irəliləyir, böyrəklər funksiyalarını bərpa edir.
Əyyub Quliyev Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 14:01
Gizli Aclıq Nədir?
Mətbəx
Dünən, 12:12
Künefe Sevənlər Üçün Fərqli Resept
