Bu il 700-dən çox şəxs İİV-ə yoluxub
Bu ilin yeddi ayı ərzində aparılan müayinələr nəticəsində 762 nəfər İnsanın immunçatışmazlığı virusu ilə (İİV) yaşayan şəxs aşkar edilərək qeydiyyata alınıb.
Bu barədə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən məlumat verilib. Bildirilib ki, onların 542-si kişi, 207-si qadın olmaqla 749 nəfəri Azərbaycan vətəndaşı, 13-ü isə əcnəbidir.
Cari dövrdə İİV-ə yoluxan Azərbaycan vətəndaşları arasında inyeksion narkotik istifadəsi ilə əlaqəli hallar 35 nəfər təşkil edib.
2024-cü ilin eyni dövrü ilə müqayisədə (799 nəfər) bu il yoluxma hallarında cüzi azalma müşahidə olunur. Bu göstərici, vaxtında aparılan müayinələrin və profilaktik tədbirlərin əhəmiyyətini bir daha təsdiqləyir.
Ulusum.az

"Qeyd edək ki, İİV-in qarşısının alınmasında ən vacib addımlar — İİV/QİÇS barədə maariflənmək, təhlükəli və riskli davranışlardan çəkinmək, İİV-ə testdən keçmək və zəruri hallarda həkim məsləhəti almaqdır. Ölkədə İİV-ə müayinələr Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində və regional İİV laboratoriyalarında ödənişsiz, anonim qaydada, konfidensiallıq prinsipi qorunmaq şərtilə həyata keçirilir", - məlumatda qeyd olunub.
Ulusum.az
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
2-02-2026, 11:30
Ağrıkəsicilərin nəzarətsiz qəbulu sağlamlıq üçün təhlükəlidir
Cəmiyyət
31-01-2026, 09:00
Fevral üçün hava proqnozu
Cəmiyyət
31-01-2026, 09:00
Məhəmməd Əmin Rəsulzadə – istiqlal ideyasının əbədi siması
Populyar Xəbərlər
Azərbaycan diasporunun tanınmış siması Cəmil Paşa oğlu Əliyev 27 yanvarda vəfat edib
General-mayor Azad Abdullayev yüksək vəzifəyə təyin edildi
Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib
Məhdudiyyətlər gücə çevrilir
11 illik buraxılış imtahanlarının tarixi dəyişəcək? - AÇIQLAMA
"İTV-də də Azərbaycan dilinin norma və qaydalarına riayət olunmur" - Fazil Mustafa