Rasim Balayevin müraciəti Rusiyadakı səfirlikdən cavabsız qaldı - FOTO
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin məşhur aktyor Ceyhun Mirzəyevin qızı ilə bağlı müraciətini cavabsız qoyub.
Ulusum.az xəbər verir ki, bu barədə "Qaynarinfo"ya açıqlamasında ittifaqın katibi Əli İsa Cabbarov məlumat verib.
Onun sözlərinə görə, aktyorun qızı Cəmalə Mirzəyevanın Rusiyada küçələrdə yaşaması və onun qısa zamanda tapılması istiqamətində ittifaqın etdiyi müraciətə səfirlikdən rəsmi cavab verilməyib.
Xatırladaq ki, bir müddət öncə "Ögey ana" və "Fəryad" kimi məşhur filmlərdə rol almış mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyevanın Moskvada küçədə yaşadığını əks etdirən video yayımlanıb. Həmin videoya baxan sənət adamları, xüsusən də Ceyhun Mirzəyevin yaxın dostları mətbuata açıqlamalarında problemi diqqətdə saxlayacaqlarını bildiriblər.

Onlar eyni zamanda Cəmalə Mirzəyevanın tapılması istiqamətində Mədəniyyət Nazirliyinə də müraciət edəcəklərini vurğulayıblar.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 12:00
Süd vəziləri nə vaxtdan yoxlanmalıdır?
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
Təhsil sənədləri artıq tam rəqəmsal formatda
İran lideri etirazçıların Trampı razı salmağa çalışan vandallar olduğunu deyir - VİDEO