Azərbaycanın ilk qadın gəmi kapitanı barəsində bədii film gəlir
Ulusum.az ASCO-ya istinadla xəbər verir ki, Azərbaycanın ilk qadın gəmi kapitanı, İkinci Dünya müharibəsinin cəsur iştirakçısı Şövkət Səlimovanın həyatını əks etdirən “Şövkət” adlı bədii filmin çəkilişlərinə start verilib!
Bu ekran əsəri təkcə bir qadının həyatını deyil, bütöv bir dövrün izlərini – müharibənin içində Azərbaycanın və milli gəmiçiliyimizin cəbhəyə verdiyi töhfələri, qadınların dənizçilikdəki rolunu və lider obrazını tamaşaçılara sevdirəcək.
Gənc kapitanı 22 yaşlı Nəzrin Abdullayeva canlandırır. Filmə xalq artisti Qurban İsmayılov, tanınmış aktyorlar Hikmət Rəhimov, Elsəvər Rəhimov, Nigar Mürsəlova və digər tanınmış simalar da öz töhfəsini verirlər.
Çəkilişlər ASCO-nun real gəmilərində və canlı məkanlarda aparılır. Filmin yaradıcı heyətinə isə tanınmış adlar rəhbərlik edir:
İdeya müəllifi: Mehman Mehdiyev
Ssenari: Asif Rüstəmov və Tural İbrahimov
Quruluşçu rejissor: Asif Rüstəmov
Baş prodüser: Tural İbrahimov
İcraçı prodüser: Səbinə Həsənova
Təsvir rejissoru: Rauf Qurbanəliyev
70-dən çox yerli və xarici mütəxəssisin, 100-dən artıq aktyorun iştirak etdiyi bu möhtəşəm layihə, Azərbaycan kinosuna güclü bir qadın imzası atacaq!

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 12:00
Süd vəziləri nə vaxtdan yoxlanmalıdır?
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO
Təhsil sənədləri artıq tam rəqəmsal formatda
İran lideri etirazçıların Trampı razı salmağa çalışan vandallar olduğunu deyir - VİDEO
Yardımlı rayonunda həkim vəfat edib