UNESCO-dan tarixi qərar: Qədim Qəbələ və Gəmiqaya siyahıya daxil edildi
İyulun 6–16-sı tarixlərində Fransanın paytaxtı Paris şəhərində UNESCO-nun Baş Qərargahında Dünya İrsi Komitəsinin 47-ci sessiyası keçirilir. Sessiyanın gündəliyinə uyğun olaraq, 11 iyul tarixində Dünya İrsinin İlkin Siyahısına təqdim olunan nominasiya fayllarının müzakirəsi aparılıb.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan tərəfindən təqdim olunmuş "Qədim Qəbələ şəhəri" və "Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi" UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib.
Qeyd edək ki, Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcı hissəsində, 3725 metr yüksəklikdə yerləşən Gəmiqaya, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biridir. Bu ərazi Tunc dövrünün müxtəlif mərhələlərinə, Dəmir dövrünə və Orta əsrlərə aid zəngin qayaüstü təsvirlərlə diqqət çəkir.
Tarixi mənbələrə əsasən, eramızdan əvvəl IV əsrdən etibarən Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynamış, eramızın I əsrindən yazılı mənbələrdə adı çəkilən Qədim Qəbələ Qafqaz Albaniyasının ilk paytaxtı olmuşdur. Təxminən 2500 illik tarixə malik bu şəhər uzun müddət regionun mühüm siyasi, iqtisadi və ticarət mərkəzlərindən biri olub.
Hər iki abidənin gələcəkdə UNESCO-nun Dünya İrsinin Əsas Siyahısına daxil edilməsi məqsədilə zəruri elmi və təşkilati işlər davam etdiriləcəkdir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 15:00
Cinsi Yolla Keçən Təhlükəli İnfeksiyalar
Sağlamlıq
Dünən, 14:00
ROZASEA (Qızılgül) Xəstəliyi Nədir?
Populyar Xəbərlər
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Yaradıcı Körpü VİDEO
Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Qlobal Sənət Körpüsü
Səmərqənd – Registan Meydanı VİDEO
Aysel Xanlarqızı Safarlı – Poeziyada Millət və Duyğuların Səsi - VİDEO
İlan Dəri Fabrikasının İçərisində: İlan Dərisindən Brendlər - VİDEO