Saç boyaları ilə bağlı sosial şəbəkələrdə qalmaqal: Qutular dəyişdirilir
Türkiyə sosial media platformalarında yayımlanan videolar və şərhlər, kosmetik mağazalarda satılan saç boyaları ilə bağlı ciddi bir qalmaqalı yenidən gündəmə gətirib.
Paylaşılan videolara əsasən, bəzi şəxslər mağazalardakı saç boyası qutularını açaraq içərisindəki orijinal məhsulları saxta məhsullarla dəyişirlər. Bu dəyişiklik mağaza tərəfindən fərq edilmədiyi üçün alıcılar fərqli nəticələrlə qarşılaşır.
Bəzi istifadəçilər evdə istifadə etdikləri saç boyalarının quruluşunun və qoxusunun əvvəlkindən fərqli olduğunu bildirərək narazılıqlarını dilə gətiriblər.
Hətta saçlarında yanma, rəng pozuntusu və allergik reaksiyalar yaşayanlar da var.
Mövzu ilə bağlı sosial mediada çoxsaylı şikayətlər gündəmə gəlib və bu da təhlükəsiz alış-veriş məsələsində yenidən suallar yaradıb.
Xüsusilə qutulu məhsulların qablaşdırma təhlükəsizliyi baxımından mağazaların yetərli tədbir görmədiyi iddia olunur. Bəzi məzmun istehsalçıları isə bu dəyişdirmələrin “əyləncə” adı altında hazırlanmış videolarla yayıldığını və bunun real zərərlərə yol açdığını vurğulayırlar.
İstifadəçilər bir-birilərini məhsul alarkən qutunun açılmamış olmasına xüsusi diqqət yetirməyə çağırırlar.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
Dünən, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
Dünən, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!