ADA və AIDA-nın Birgə Proqramı: Diplomatik Təlimlərə Start Verildi
2025-ci il iyunun 10-da ADA Universiteti və Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) birgə təşkilatçılığı ilə “Əcnəbi diplomatlar üçün diplomatik xidmət təkmilləşdirmə proqramı (AFSP)”na start verilib. Proqramda Asiya, Afrika, Latın Amerikası, Sakit okean və Şərqi Avropa regionlarından 27 ölkəni təmsil edən 30 diplomat iştirak edir.

Təlimlərdə ADA Universitetinin professor-müəllim heyəti və Xarici İşlər Nazirliyinin təcrübəli diplomatları tərəfindən xarici siyasət, diplomatik fəaliyyət, enerji və iqlim diplomatiyası, təhsil, turizm və rəqəmsal innovasiya mövzularında mühazirələr təqdim olunur.

Proqram çərçivəsində iştirakçılar Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış olmaq üçün rəsmi qurumlara səfərlər edəcək, həmçinin Şuşa və Xankəndi şəhərlərinə ziyarətlər planlaşdırılıb. AFSP proqramı 2018-ci ildən bəri həyata keçirilir və bu müddət ərzində 70-dən artıq ölkədən 120-yə yaxın diplomat iştirak edib.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
Dünən, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
Dünən, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!