“Euronews Academy” Azərbaycanda gənc media peşəkarları üçün qapılarını açır
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı ilə beynəlxalq tədris platforması “Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır.
Ulusum.az APA-ya isrtinadən xəbər verir ki, jurnalistika sahəsində fəaliyyət göstərən peşəkarlar, eyni zamanda bu sahədə ixtisaslaşmaq istəyən gənclər üçün nəzərdə tutulan təşəbbüs çərçivəsində ilkin olaraq “Rəqəmsal Jurnalistika” mövzusunda təlim proqramı həyata keçiriləcəkdir.
Təlimdə iştirak üçün gənc jurnalistlər, jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, həmçinin media sahəsinə marağı olan sonuncu kurs bakalavr və magistratura pilləsi tələbələri müraciət edə bilərlər.
Təlimlərdə “Euronews” telekanalının tanınmış mütəxəssisləri - 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkaya, 13 dildə fəaliyyət göstərən 70-dən çox sosial media hesabını idarə edən komandanın rəhbəri Fatih Yetim və “Euronews Georgia”da baş texnologiya direktoru kimi çalışan, 19 ildən çox təcrübəyə malik Archil Mikadze kimi peşəkarlar təlimçi qismində çıxış edəcəklər.
Layihə çərçivəsində “Rəqəmsal xəbər toplanması və “data” əsaslı jurnalistika”, “Rəqəmsal video strategiyası və yeni formatlar”, “Sosial media və “YouTube” idarəetməsi”, “Jurnalistlər üçün innovativ təcrübələr: süni intellekt alətləri, SEO və məlumatın vizuallaşdırılması”, “Mobil jurnalistika” modulları üzrə tədris aparılacaqdır.
Proqramda yüksək nailiyyət göstərən iştirakçılar “Euronews” kanalında təcrübə keçmək imkanı əldə edəcəklər.
Son müraciət tarixi: 12 iyun 2025-ci il
My Webpage
İştirak şərtləri və seçim meyarları:
Suallar üçün: [email protected]
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 18:55
Metabolizmi sürətləndirməyin iki effektiv YOLU
Sağlamlıq
Dünən, 12:00
Sirkəli su göbələyi yox edir?
Populyar Xəbərlər
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Yaradıcı Körpü VİDEO
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Qlobal Sənət Körpüsü
Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası
Səmərqənd – Registan Meydanı VİDEO
Aysel Xanlarqızı Safarlı – Poeziyada Millət və Duyğuların Səsi - VİDEO
İlan Dəri Fabrikasının İçərisində: İlan Dərisindən Brendlər - VİDEO