FHN əhaliyə müraciət etdi
Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Bu barədə Ulusum.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 24-dən 25-i gündüzədək bəzi bölgələrdə yağış yağacağı və şimşək çaxacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, çaylarda sululuğun artacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi gözlənilir:
“Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını xatırladır.
Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Bundan əlavə, ölkə ərazisində havanın temperaturunun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə yaranan qar uçqunu təhlükəsini nəzərə alaraq, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək tövsiyə olunur”.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Bu gün, 12:00
Sirkəli su göbələyi yox edir?
Ulusum Tv
Dünən, 20:00
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Yaradıcı Körpü VİDEO
Mətbəx
Dünən, 17:30
Resept – Tərəvəzli Mal Əti
Mətbəx
Dünən, 16:55
Quesadilla- Axşam yeməyi
Mətbəx
Dünən, 16:43
Yaradıcı Bacarıqlarınızı Kəşf Edin
Sağlamlıq
Dünən, 16:12
Yuxuda anidən ölüm riski var - FOTO
Mətbəx
Dünən, 15:27
1 Qaşıq Qiymədən Dadlı və Asan Şorba - VİDEO
Populyar Xəbərlər
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Yaradıcı Körpü VİDEO
“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Qlobal Sənət Körpüsü
Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası
Səmərqənd – Registan Meydanı VİDEO
Aysel Xanlarqızı Safarlı – Poeziyada Millət və Duyğuların Səsi - VİDEO
Taşkəndin Tarixi İncisi – Baraxon Mədrəsəsi və Çorsu Bazarı - VİDEO