Polis Akademiyasında “Sən elə bir zirvəsən” adlı dəyirmi masa və fləşmob keçirilib
9 may 2025-ci il tarixində DİN-in Polis Akademiyasında İctimai elmlər kafedrasının nəzdində fəaliyyət göstərən “Vətənpərvər kursant” elmi dərnəyinin üzvlərinin və kursantların iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı dəyirmi masa keçirilib.

Dəyirmi masa Ümummilli lider Heydər Əliyevin, şəhidlərimizin, xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş əməkdaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, sonra isə Dövlət Himni ifa edilib.

Dəyirmi masanı giriş sözü ilə dərnəyin rəhbəri polis polkovnik-leytenantı, tarix üzrə fəlsəfə doktoru Əfqan Qasımzadə açaraq müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində xidmətlərindən bəhs edib.

Daha sonra dərnəyin üzvlərindən I kursun kursantları Hüseyn Ələkbərov “Azərbaycanın xarici siyasətində Heydər Əliyev yolu”, Vaqif Nərimanzadə “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası”, Arslan İbrahimli “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzularında çıxış ediblər.
✍"Ulusum"az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi