Bu gün Əlilliyi olan Şəxslərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günüdür

Əlilliyi olan şəxslərin sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası sahəsində Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində mühüm irəliləyişlər əldə olunub.
2018-ci ildən bəri sosial ödənişlərdə əhəmiyyətli artımlar baş verib. Məsələn, minimum pensiya 2,5 dəfə, müavinət və təqaüd ödənişləri isə 5 dəfə artıb.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılaraq, əlilliyi olan şəxslərin yaradıcılıq potensialının inkişafında və cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır. Mərkəzdə 14 istiqamət üzrə təlimlər təşkil olunur və 2024-cü ilin iyul ayına qədər 570-dən çox benefisiar bu təlimlərə cəlb edilib .
Əlilliyi olan şəxslərin hüquqlarının qorunması istiqamətində də əhəmiyyətli addımlar atılıb. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT Konvensiyasından irəli gələn öhdəliklər əsasında, işarət dili və əlçatan informasiya imkanları ilə bağlı yeni hüquqi təminatlar yaradılıb.
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və avtomobillə təminatı proqramı genişləndirilib. 44 günlük Vətən müharibəsindən sonra bu proqram 5 dəfə genişlənərək, postmüharibə dövründə 6,3 min, ümumilikdə isə 16 min mənzil və fərdi ev təqdim edilib.
Reabilitasiya sahəsində də əhəmiyyətli islahatlar həyata keçirilib. Əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə çıxışı genişlənib, illik xidmət sayı 123 min nəfərə çatıb.
Bundan əlavə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər yüksək texnologiyalı protezlərlə təmin edilərək, cəmiyyətə fəal şəkildə inteqrasiya olunublar.
Əlilliyi olan şəxslərin məşğulluq və özünüməşğulluq imkanlarının artırılması da diqqət mərkəzindədir. Paralimpiya hərəkatı ildən-ilə daha da genişlənir .
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 21:00
Cey Di Vens Çarli Kirki həqiqi dost adlandırdı
Dünya
Bu gün, 20:00
Çarli Kirki güllələyən şəxs niyə hələ də tapılmayıb?
Texnologiya
Bu gün, 19:00
Apple 5,6 mm qalınlığında iPhone Air təqdim etdi
Cəmiyyət
Bu gün, 17:30
Azərbaycanın 6 universiteti dünyanın top 1000 ali məktəbi sırasına daxil oldu
Sağlamlıq
Bu gün, 17:00
"Portağal qabığı" effektindən qurtulmaq olar?
Maraqlı
Bu gün, 16:12
Hansı yeməyin qoxusu kişiləri cəlb edir?
Maraqlı
Bu gün, 16:00
Qadınların ailə qurmağa mane olan əsas səhvi
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
“Könül Dəftərim” – sözün, yaddaşın və milli kimliyin aynası
Yasamalda söküntü: Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində evlər plana salındı
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə