Leyla Əliyeva və Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mərkəzin fəaliyyəti barədə məlumat verib. Mərkəzdə əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri və digər həssas qrupların yaradıcı potensialının inkişafı və cəmiyyətə inteqrasiyası üçün müxtəlif təlimlər təşkil olunur.

Hazırda 156 benefisiar müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərdə iştirak edir. Leyla Əliyeva və Arzu Əliyeva mərkəzdə kulinariya üzrə təlimə cəlb edilən uşaqların əl işləri ilə tanış olublar və kapoeyra üzrə təlimçi və benefisiarların çıxışını izləyiblər.

Mərkəzin İnklüziv Kamera Orkestri və İnklüziv ansamblının müşayiəti ilə təlimçi və benefisiarların ifasında konsert proqramı təqdim edilib.
✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
16-01-2026, 17:30
Mədəni Uzun Müddət Tox Saxlayan 4 Qida
Cəmiyyət
16-01-2026, 15:46
Sabiq icra başçısının oğlu adam güllələdi
Cəmiyyət
16-01-2026, 15:30
Özbəkistanda Azərbaycan səsi eşidildi!
Gündəm
16-01-2026, 15:00
Siyəzəndə azyaşlıya qarşı əmələ görə dayı məsuliyyətə cəlb olundu