Heyvanlara Zorakılığa Görə Cərimələr Artırıldı
        Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, heyvanlarla rəhmsiz rəftar edən şəxslərə qarşı cərimələr artırılıb. Bu dəyişikliklər Prezident İlham Əliyev tərəfindən təsdiqlənib və 2024-cü ilin dekabrında qüvvəyə minib.
Əsas cərimə və tədbirlər aşağıdakılardır:
- Heyvanlara ağrı, əzab, işgəncə verilməsi, onların döyülməsi və ya döyüşdürülməsi hallarında fiziki şəxslər 500 manatdan 800 manatadək məbləğdə cərimə edilir.
- Əgər bu cür əməllər nümayişkaranə şəkildə, o cümlədən kütləvi informasiya vasitələrində nümayiş etdirilməklə törədilərsə, 800 manatdan 1 000 manatadək məbləğdə cərimə edilir.
- Heyvanlara qarşı rəhmsiz rəftar nəticəsində onların şikəst edilməsi halında 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə tətbiq olunur.
- Heyvanların rəhmsiz rəftar nəticəsində tələf edilməsi halında isə 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir və ya bir ayadək inzibati həbs cəzası tətbiq oluna bilər.
- Heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsi və ya bu cür rəftara açıq çağırışların edilməsi, həmçinin bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsi hallarında 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə və ya bir ayadək inzibati həbs cəzası tətbiq olunur
Bu dəyişikliklər heyvan hüquqlarının qorunması və onlara qarşı rəhmsiz rəftarın qarşısının alınması məqsədilə həyata keçirilmişdir.
✍️"Ulusum".az
 
Diqqət Çəkənlər
      	
			Oxşar xəbərlər:
		
			Şərhlər:
		
		İnformasiya
	
	Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
	
					Son xəbərlər
					daha çox
				
		Ulusum Tv
		
			 Dünən, 22:00
			
	Qəbələdə Nic kəndi – Udilər  və onların Qədim Xristian İrsini Kəşf Edin - VİDEO
		Mətbəx
		
			 Dünən, 19:21
			
	1 ədəd fileylə 5 porsiyalı makaron yeməyi
		Mətbəx
		
			 Dünən, 17:30
			
	Evdə Sadə Çiyələkli Tiramisu - VİDEO
					Populyar Xəbərlər
				
		“Dünyanı Sənət Xilas Edəcək – Rənglərin Qardaşlığı”: Türk Dünyasında Qlobal Sənət Körpüsü
				
		Harun Çiçi: Saç Üzərində Yaradıcılıq və Emosional Portretlərin Ustası
				
		Səmərqənd – Registan Meydanı   VİDEO
				
		Taşkəndin Tarixi İncisi – Baraxon Mədrəsəsi və Çorsu Bazarı   -  VİDEO
				
		Könül Dəftərim: Şamaxının yaddaşında iz buraxan bir ailə dastanı  -VİDEO
				
		İlan Dəri Fabrikasının İçərisində: İlan Dərisindən Brendlər   -    VİDEO