Bayram tətilindən dönənlərə - Müraciət

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi səfərdən dönən yol hərəkəti iştirakçılarına müraciət edib.
“Ulusum”.az xəbər verir ki, idarədən verilən məlumata görə, müraciətdə deyilir:
Magistral yollarda hərəkət intensivliyinin artması müşahidə olunur.
"Bayram tətilində ayrı-ayrı bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə əlaqədar magistral yollarda hərəkət intensivliyinin artması müşahidə olunur.
DYP-nin tövsiyələri:
Baş Dövlət Yol Polisi İdarəsi Novruz şənliklərinin arzuolunmaz hadisələr fonunda bitməməsi üçün yol hərəkəti iştirakçılarına müraciət edərək onlardan təhlükəsizlik qaydalarına əməl etməyi, sürücülərdən yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, sərnişinlərdən isə belə hallara qarşı biganə qalmamağı xahiş edir.
Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq.
Xatırladırıq ki, uzaq məsafə qət edən sürücü və sərnişinlər qısa müddətli istirahət üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərlər".

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
Dünən, 18:45
Təhlükəli çaylarla bağlı AQTA-dan AÇIQLAMA
Populyar Xəbərlər
Şair İbrahim İlyaslı nələrdən danışdı? - REPORTAJ
Göz dibi müayinəsi sadəcə müayinə deyil – sağlam görmənin zəmanətidir! VİDEO
BUZOVNADA NƏLƏRLƏ QARŞILAŞDIQ? — Tarix, Ruh və Dinə Bağlılıq Məkanı VİDEO
Ballı Xardallı Qızılbalıq: Dadlı və Sağlam Seçim
Baş ağrısının təxminən 250 növü var
Gəncədə güclü yanğın VİDEO