Dünən, 16:55 0 Cəmiyyət

“Sənətin varsa, Sənədin olacaq!” layihəsi çərçivəsində nəzəri imtahan keçirilib

“Sənətin varsa, Sənədin olacaq!” layihəsi çərçivəsində nəzəri imtahan keçirilib
1 may 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Qənnadçı, şirniyyatçı” və “Aşpaz” peşə ixtisasları üzrə “Sənətin varsa, Sənədin olacaq!” layihəsi çərçivəsində nəzəri imtahan keçirilib.

Məlumat üçün bildiririk ki, qeyd edilən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.

Qeyd edək ki, “Qənnadçı, şirniyyatçı” və “Aşpaz” peşə ixtisasları üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi üzrə nəzəri və praktiki imtahanda uğur qazanan namizədlər sözügedən peşə ixtisasları üzrə müvafiq sənədlər əldə edəcəklər.

TKTA tərəfindən təqdim edilən adıkeçən sənəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən, müraciətçiyə peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.

✍️"Ulusum".az

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: