Usta aktyor Sezai Aydın 69 yaşında dünyasını dəyişib

Teatr, televiziya, kino və səsləndirmə sahələrində fəaliyyət göstərən usta aktyor Sezai Altekin 79 yaşında vəfat edib.
Muğlanın Bodrum bölgəsində yaşayan Sezai Altekin, Bodrum Gündoğan məzarlığında son mənzilə yola salınacaq.
Aktyor, prodüser və rejissor Nedim Saban sosial media hesabında Altekinin vəfatı ilə bağlı kədərini ifadə edərək yazıb: "Nə qədər üzgünəm. Sezai Altekin... Halbuki daha bir neçə gün əvvəl yaxşı xəbərlər gəlmişdi. Bu böyük aktyorla Halide Edibin 'Maske' və 'Ruh' tamaşalarında birlikdə çalışdım. Uşaq ruhlu, böyük qəlbli insanla süfrə başında gülüşlərimizi paylaşdım. Çox şanslı idim. Ruhun şad olsun."
Unudulmaz cizgi film qəhrəmanları "Şirin Baba", "Bugs Bunny" və "Barni Moloztaş" obrazlarına səsi ilə həyat verən Altekin, 50 teatr tamaşasında, 6 filmdə və 20-yə yaxın serialda rol alıb.
Usta aktyor Sezai Altekin, 1946-cı ildə İstanbulda doğmuşdur. İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının heyətinə 1966-cı ildə qatılmış və təqaüdə çıxana qədər burada fəaliyyətini davam etdirmişdir.
Altekin, "Bana Bir Picasso Gerek" adlı tamaşada qonaq aktyor olaraq Duru Teatrı ilə birlikdə çıxış edib. Kanal D ekranlarında yayımlanan "Paşa Gönlüm" serialında "Paşa Dede" rolunu canlandıran aktyor, "Tatar Ramazan" serialında isə Beyefendi obrazı ilə böyük rəğbət qazanmışdı.
Usta aktyorun kinoteatrdakı son performansı isə "Öteki Türkiyədə Bir Cumhurbaşkanı" filmi olub.

Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
Bezos deyir: Bacarıq Tanrının payıdır, gələcək isə sənin seçimin
Doğum günü faciəyə çevrildi:18 yaşlı gənc dənizdə həyatını itirdi - VİDEO
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Azərbaycanın ilk qadın gəmi kapitanı barəsində bədii film gəlir