24-03-2025, 14:00 0 Şou-biznes

Depardye məhkəmə qarşısına çıxarılacaq

Depardye məhkəmə qarşısına çıxarılacaq
Fransalı aktyor Jerar Depardye “Yaşıl dalğalar” filminin çəkiliş meydançasında cinsi təcavüz ittihamı ilə martın 24-25-də Parisdə məhkəmə qarşısına çıxacaq. “Ulusum”.az-ın məlumatina görə, bu barədə “Le Temps” qəzeti məlumat yayıb.

Aktyorun səhhəti ilə əlaqədar məhkəmə prosesi 2024-cü ilin oktyabrından təxirə salınıb.

İki qadın - 53 yaşlı quruluşçu rəssam Amelie və 33 yaşlı rejissor köməkçisi (ad şərtidir) - Depardyeni 2021-ci ilin sentyabrında baş vermiş insidentlərdə ittiham ediblər. Aktyorun vəkilləri tibbi səbəblərə görə məhkəmənin təxirə salınmasına nail olublar.

"Depardye bütün ittihamları qəti şəkildə rədd edir, onları yalan adlandırır", - onun nümayəndələri bildiriblər.

Eyni zamanda Fransada aktyorla bağlı digər təqib iddialarına da baxılır.

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: