İranın Azərbaycandakı yeni səfirinin adı açıqlanıb

İranın Azərbaycandakı yeni səfiri Müctəba Dəmirçili olacaq. Bu barədə İranın rəsmi xəbər agentliyi ISNA məlumat yayıb. Məlumata görə, Müctəba Dəmirçili hazırda İran Xarici İşlər Nazirliyinin Avrasiya məsələləri üzrə baş direktoru və nazir köməkçisi vəzifəsində çalışır. O, daha əvvəl İranın Qazaxıstan (2014–2018) və Gürcüstanda (2006–2010) səfiri, həmçinin İranın Azərbaycandakı səfirliyində ikinci katib kimi fəaliyyət göstərib.
Qeyd edək ki, 2023-cü ilin aprelində İranın Xarici İşlər Nazirliyinin mətbuat xidməti, tviterdə (indiki “X”) Dəmirçilinin adına onun Azərbaycan səfiri kimi təqdim olunduğu hesab açıldığını bildirərək bunun saxta olduğunu vurğulamışdı.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
Bezos deyir: Bacarıq Tanrının payıdır, gələcək isə sənin seçimin
Doğum günü faciəyə çevrildi:18 yaşlı gənc dənizdə həyatını itirdi - VİDEO
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Azərbaycanın ilk qadın gəmi kapitanı barəsində bədii film gəlir