HƏMAS-dan sülh siqnalı: 10 girov – 18 cəsəd – 1 şərt

HƏMAS ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Qəzzada atəşkəsə dair təklifinə cavabını vasitəçilərə təqdim edib. Bu barədə məlumat 31 may tarixində təşkilatın Telegram kanalında yayımlanıb.
HƏMAS açıqlamasında bildirib ki, gələcək razılaşma çərçivəsində 10 israilli girovun azad edilməsi və 18 nəfərin cəsədinin İsrailə təhvil verilməsi müqabilində, müəyyən sayda fələstinli məhbusun İsrail həbsxanalarından azad olunmasına hazırdır.
Lakin girovların azad ediləcəyi dəqiq tarix açıqlanmayıb. Bununla yanaşı, HƏMAS Qəzzada atəşin tamamilə dayandırılmasını, İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) ərazidən çıxarılmasını və humanitar yardımın bölgəyə çatdırılmasının təmin edilməsini tələb edir.
Qeyd edək ki, bir neçə gün öncə HƏMAS Uitkoffun təklifini qəbul etdiyini bildirmişdi. ABŞ təşəbbüsündə, razılaşma elan olunduqdan sonra Qəzzanın idarəçiliyini həyata keçirəcək peşəkar bir komitənin yaradılması da nəzərdə tutulur. Ertəsi gün isə İsrail, Uitkoff və ABŞ prezidenti Trampın atəşkəs planını imzalayıb.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
Bezos deyir: Bacarıq Tanrının payıdır, gələcək isə sənin seçimin
Doğum günü faciəyə çevrildi:18 yaşlı gənc dənizdə həyatını itirdi - VİDEO
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Azərbaycanın ilk qadın gəmi kapitanı barəsində bədii film gəlir