Prezident İlham Əliyev “Laçın” istirahət kompleksinin açılışında: FOTO - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonunun Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışında iştirak edib.
Ulusum.az xəbər verir ki, Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına kompleksdə yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, ərazisi 11.2 hektar və ümumi sahəsi 42 min kvadratmetr olan “Laçın” İstirahət Kompleksi müxtəlif kateqoriyalı 120 otaqlı hotel binasından, 8 kottecdən ibarət olmaqla, ümumilikdə 324 nəfər qonaq qəbul edə biləcək.
İstirahət kompleksində işgüzar görüşlərin, konfransların və digər tədbirlərin keçirilməsi üçün müasir avadanlıqlarla təchiz edilmiş 500 nəfərlik tədbir və 340 nəfərlik ziyafət zalları, 100 nəfərlik konfrans zalı və toplantı otağı yaradılıb.
Kompleksdə fəaliyyət göstərəcək restoran və kafelər həm milli mətbəxin, həm də dünya mətbəxinin təamlarını qonaqlara təqdim edəcək.
Burada qonaqların istirahətini mənalı və əyləncəli keçirmələri üçün boulinq, VR oyun zonaları, karaoke, bilyard, uşaq əyləncə mərkəzi fəaliyyət göstərəcək. Kompleksin ərazisindəki futbol və basketbol meydançaları, velosiped və yürüş zolaqları qonaqlara dağ mənzərələri fonunda aktiv istirahət təqdim edəcək.
Bu istirahət məkanında 174 nəfər işlə təmin olunub ki, onlardan da 122-si Laçın, Kəlbəcər və işğaldan azad olunmuş digər ərazilərin sakinləridir.

My Webpage

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Mətbəx
Bu gün, 20:00
Snickers və Peçenye Sevənlərə Gəlsin
Dünya
Bu gün, 19:00
Lavrov və Rubio arasında təcili telefon danışığı — Ukrayna danışıqlarında yeniliklər
Maraqlı
Bu gün, 18:30
"Liking Gap" nədir və o, bizim ətrafımızdakı insanlarla münasibətlərimizi necə pozur?
Maraqlı
Bu gün, 18:00
Otel çaynikləri: Rahatlıq yox, mikroblar içində?
Sağlamlıq
Bu gün, 15:30
Demə, pəhriz çörəkləri fast-food sayılırmış
Populyar Xəbərlər
27 may BDU - Karyera Festivalı - Gələcəyinə Doğru Addım At!
Xəzər Universitetində “Career Fair 2025” Networking və Career Development Platforması FOTO / VİDEO
Elmira Qədirovadan: “Səs Salan Şokolad Tortu”
Bakıda söküntü qalmaqalı: Ekskavator yandırıldı, bir nəfər həbs olundu
“2025-ci il – Konstitusiya və Suverenlik İli” Azərbaycanın Mərakeş Krallığındakı Səfirliyinin rezidensiyasında konsert proqramı təşkil olunub
Əmək bazarına açılan qapı: BDU-da Karyera Festivalı Başladı - FOTO - VİDEO