XİN-lər arasında siyasi məsləhətləşmələr aparılıb

Azərbaycan və Vyetnam Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr aparılıb.
“Ulusum”.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Bildirilib ki, xarici işlər naziri Ceyhun Bayramov Vyetnamın xarici işlər nazirinin müavini Lu Tu Hangın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan və Vyetnam arasında mövcud ikitərəfli və çoxtərəfli münasibətlər, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.
İki ölkə arasında mövcud siyasi dialoqun saxlanılması və inkişaf etdirilməsində qarşılıqlı səfər və təmasların, o cümlədən siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub. İqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, humanitar, turizm, təhsil və s. sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin mövcud olduğu diqqətə çatdırılıb. Mövcud imkanlardan istifadə olunmasının, habelə bu istiqamətdə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), ASEAN çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı qəbul edilən tarixi qərarların əhəmiyyətinə diqqət çəkilib.
Bunlarla yanaşı, nazir Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı barədə ətraflı məlumatlandırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə Azərbaycan və Vyetnamın Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Vyetnam tərəfindən isə xarici işlər nazirinin müavini Lu Tu Hang rəhbərlik edib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Siyasət
Dünən, 19:51
XİN-lər arasında siyasi məsləhətləşmələr aparılıb
Hadisə
Dünən, 17:54
Azərbaycanın MMA döyüşçüsü Anar Salamov vəfat edib
Dünya
Dünən, 16:00
ABŞ-dan İranın nüvə proqramına qarşı hərbi çağırış
Populyar Xəbərlər
Yeni Yaşımın Səssiz Gücü
Əlisultan İsgəndərzadə – Zəhmətlə Yoğrulmuş Ömür
Rəxşəndə – Günəşi Ürəyində Daşıyan Qadın
"Ulusum.az"-ın İşığı, Rəxşəndə İkram qızı — Doğum Günün Mübarək!
Azərbaycan Konsaltinqlər Assosiasiyası: Xidmət Sektorunun Yeni Nəfəsi - FOTO
Xəzər Universitetində “Maarifçi” Proqramına Maraqlı Start!