Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur - FOTO

34-cü Beynəlxalq Doha Kitab Sərgisi öz işini davam etdirir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və ölkəmizin Qətərdəki səfirliyinin dəstəyi ilə sərgidə milli kitab pavilyonumuz fəaliyyət göstərir.
Azərbaycanın Dohadakı səfirliyinə istinadla xəbər verir ki, mayın 17-dək davam edəcək beynəlxalq sərgidə 40 ölkədən, o cümlədən Azərbaycan, Qətər, Fələstin, Səudiyyə Ərəbistanı Krallığı, Yəmən, İordaniya, Liviya, Tunis, Əlcəzair, Misir, Mərakeş, Fələstin, Türkiyə, Livan, Suriya, İran, Rusiya, Cin, Yaponiya, Koreya Respublikası, İndoneziya, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Oman, ABŞ və Fransadan Mədəniyyət nazirlikləri, nəşriyyatlar və kitab evləri iştirak edirlər.
Nüfuzuna, iştirakçı və ziyarətçi sayına görə fərqlənən Doha Beynəlxalq Kitab sərgisində Azərbaycan nəşrlərinin və oxu mədəniyyətinin təbliğ edilməsi mühüm əhəmiyyət kəsb edir.
Milli pavilyonumuzda Azərbaycan, ərəb və ingilis dillərində kitablar yer alıb. Bunlar arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ərəb dilində nəşr olunmuş “Dünya yuxutək əriyir...” şeirlər kitabı, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, kitab sənəti, o cümlədən Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti, Şuşa şəhərinin 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsi, 44 günlük Vətən Müharibəsi, Qarabağ xanlığı, Azərbaycanın memarlıq sənətinə dair kitablar sərgilənir.
Bundan əlavə, dahi Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli haqqında ərəb dilində nəşr olunmuş kitablar ziyarətçilərə təqdim olunur. Sərginin ziyarətçiləri Azərbaycan stendi ilə də maraqla tanış olurlar və onlara ölkəmiz haqqında kitablar və suvenirlər hədiyyə olunur. Sərginin açılış günü Qətərin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd bin Casim bin Həməd Al Tani Azərbaycan pavilyonunu ziyarət edib. (azərtac)

✍️"Ulusum".az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
Dünya
Bu gün, 16:00
Berlində “ölüm həkimi”nin məhkəməsi başladı
Dünya
Bu gün, 15:30
Tramp: Dohaya hücum qərarını mən yox, Netanyahu verib
İdman
Bu gün, 15:18
İlqar Nadiri vəzifəsindən ayrıldı
İqtisadiyyat / Dünya
Bu gün, 15:00
ABŞ-da “dollar dövrünün sonu” müzakirə olunur
Mətbəx
Bu gün, 14:00
Qışa tərəvəzli ragu hazırlayırıq
İdman
Bu gün, 12:30
Azərbaycan–Ukrayna oyunu 1:1 hesabı ilə başa çatdı
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə
Çaytikanlı və zəncəfilli “soyuqdəymə qalxanı” resepti