Məni Yoxla ki, Düz Olam: Könüllü Nəzarət Dürüstlüyü Artırır

Sinqapur Milli Universitetinin (NUS) biznes məktəbinin keçirdiyi qlobal sahə təcrübəsi göstərib ki, insanlara könüllü şəkildə nəzarətə razılıq vermək imkanı təqdim olunduqda, onların davranışları daha dürüst olur.
Dürüstlük insan davranışının fundamental əsaslarından biri olsa da, bu, tez-tez şəxsi maraqla toqquşur. Bu isə qaydalara əməl etməmək, laqeydlik və ya məqsədli şəkildə siyasətlərin pozulması — o cümlədən, dələduzluq və vergidən yayınma — kimi arzuolunmaz hallara gətirib çıxarır.
Dürüstlüyü təşviq etməyin yollarını araşdırmaq üçün tədqiqatçılar 9 ölkədən — Braziliya, Çin, Almaniya, Hindistan, İndoneziya, Meksika, Rusiya, Böyük Britaniya və ABŞ — 18 yaşdan yuxarı 34 543 nəfərin iştirak etdiyi genişmiqyaslı eksperiment həyata keçirdilər. Araşdırmanın nəticələri “Policy and Society” jurnalında dərc olunub.
Nəzarətsizlik insanı qeyri-dürüstlüyə sövq edir
İştirakçılardan xahiş olunub ki, zər ataraq nəticəni gizli şəkildə bildirsinlər və həmin nəticəyə əsasən mükafat alsınlar. Onlara əvvəlcədən bildirilib ki, heç kim nəticəni yoxlamayacaq. Nəticədə, doqquz ölkənin hər birində iştirakçılar zəri daha yüksək göstərərək uduş əldə etməyə çalışıblar. Dürüstlük səviyyəsi ölkələr arasında fərqli olub: Çin və Hindistanda nəticələr nisbətən aşağı şişirdilib, Braziliya və Meksikada isə daha çox saxtakarlıq müşahidə olunub.
Təcrübənin ikinci mərhələsində iştirakçılara seçim imkanı verilib: ya əvvəlki kimi zəri gizli atmaq, ya da nəticənin tədqiqatçılar tərəfindən görüldüyü platformada zəri atmaq. Maraqlıdır ki, iştirakçıların 85%-dən çoxu nəzarətli variantı seçib və nəticədə daha dürüst davranıblar. Milliyyətlər arasında ciddi fərq müşahidə olunmayıb, bu da onu göstərir ki, könüllü nəzarət seçimi insan davranışında dürüstlüyü təşviq edir.
NUS Biznes Məktəbinin marketinq kafedrasının nümayəndəsi Kim Daeyon bildirib:
“İnsanların, milliyyətindən asılı olmayaraq, nəzarət seçimini etməsi bizi təəccübləndirdi. Bu, insanın cəmiyyət qarşısında müsbət imicini qorumaq istəyilə bağlıdır.”
Onun fikrincə, bu nəticələr gündəlik iş mühitində tətbiq oluna bilər. Məsələn, işə qəbul və ya tibbi bəyannamələrdə təqdim edilən məlumatların könüllü şəkildə təsdiqlənməsi bunun bir nümunəsidir.
“Ümid edirik ki, gələcəkdə aparacağımız sınaqlarla bu dürüstlük nəticələrinin müxtəlif real vəziyyətlərdə, məsələn, biznes proseslərində necə tətbiq oluna biləcəyini aydınlaşdıracağıq. Eyni zamanda, mükafatın miqyasının dürüstlüyə təsirini də araşdırmaq vacibdir,” – deyə doktor Kim əlavə edib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
Son xəbərlər
daha çox
İdman
Bu gün, 12:30
Azərbaycan–Ukrayna oyunu 1:1 hesabı ilə başa çatdı
Cəmiyyət
Bu gün, 11:55
Sentyabrın 22-i Azərbaycana payız gələcək
Hadisə
Bu gün, 11:30
Gəncədə yol qəzası – iki piyada xəsarət aldı
Dünya
Bu gün, 11:10
Nepalda böhran: prezident və baş nazir istefa verdi
Cəmiyyət
Bu gün, 11:00
Fuad Musayev Şirvanda vətəndaşları qəbul edəcək
Dünya
Bu gün, 11:00
Vaşinqtonun narazılığı – Tramp Dohaya zərbəni şərh etdi
Populyar Xəbərlər
“Könül Dəftərim” sənədli filminin möhtəşəm təqdimat mərasimi keçirildi - FOTO - VİDEO
“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO
Bakıda “Qala Əncir Festivalı” keçiriləcək
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
Səhnənin əbədi ulduzu – Səyavuş Aslanın doğum günüdür - FOTO
“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə