13-05-2024, 12:09 0 Hadisə

İndoneziyada təbii fəlakətin miqyası genişlənir – FOTO, VİDEO - EKSKLÜZİV

İndoneziyada təbii fəlakətin miqyası genişlənir – FOTO, VİDEO - EKSKLÜZİV

İndoneziyanın Qərbi Sumatra əyalətində daşqın və torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 41-ə yüksəlib.


Ulusum.az xəbər verir ki, ölkənin Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin sözçüsü Əbdül Muhari selin təxminən 200 evi su altında qoyduğunu və bəzi binalara ciddi ziyan vurduğunu bildirib.


Qərbi Sumatra Fəlakətlərin Azaldılması Agentliyinin prezidenti İlham Vahab da axtarış-xilasetmə əməkdaşlarının bölgədə xeyli sayda cəsəd tapdığını və həlak olanların sayının 41-ə yüksəldiyini bildirib.


İtkin düşdüyü bildirilən 17 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini deyən Vahab əlverişsiz hava şəraitinin işə mane olduğunu qeyd edib.
Qeyd edək ki, İndoneziyada Merapi vulkanının püskürməsi nəticəsində yığılan kül və torpaq yığını musson yağışları səbəbindən yerindən oynamış və nəticədə yaranan sürüşmə insan tələfatına səbəb olmuşdur.



Eltun Məmmədov

İndoneziyada təbii fəlakətin miqyası genişlənir – FOTO, VİDEO - EKSKLÜZİV

Şərhlər:
Adınız:
E-Mail:
Bu kod:
yenilə, əgər kod görünmürsə
Bura daxil edin: